QƏZƏLLƏRİMDƏN..

Üz-gözündən duyulur içinin təlaşı onun
Elə bil rəqsə gedib,oynayır göz-qaşı onun.
***
Özgənin sevgisinə göz dikərək hey vuruşur
Onsuz məğlub olacaq,haqsızdı savaşı onun.
***
Dünyada yaxşı işə qoymaz o qol ,çatlasa da
Xəyanət,fitnə-fəsad,məkrdir sirdaşı onun.
***
Suyulur əda ilə,əzdirir öz əndamını
Düz gəlmir qəlbi ilə bahalı daş-qaşı onun.
***
Həddini bir bu qədər aşsa da o fərqi nədir
Bir kəlmə söz də demir qohumu,qardaşı onun.
***
Nazlıyam,bəs nə deyim,əqli kasad “madmazel”ə
Bir utansın,varıdır əllidən çox yaşı onun..

Nazlı Hacılı
www.kafiye.net