SƏNSİZ KEÇƏN İLLƏRDƏN..

Qəlbə min dərd düzmüşəm,
Çox çətinə dözmüşəm,
Doğrusu lap bezmişəm,
Sənsiz keçən illərdən..
*
Səni yada salıram,
Qəm mizrabın çalıram,
Vüsal qoxsun alıram,
Sənsiz açan güllərdən..
*
Həsrətindən sızlaram,
Hər sabah sənsizlərəm,
Səndən xəbər gözlərəm,
Sənsiz əsən yellərdən.
*
Qəm badəsin içərəm,
Hicran donu biçərəm,
Nisgil ilə keçərəm,
Sənsiz qalan yerlərdən..

Nazlı Hacılı.
www.kafiye.net