Geldi Xaber

Gəldi xəbər dūn belə, ki, olacaq zəlzələ!
Gəzdi bu dildən-dilə, ki, olacaq zəlzələ!

Bilmədilər kim dedi, kimsə nələr söylədi,
Dəydi būtūn el elə, ki, olacaq zəlzələ.

Kimsə susub oldu lal, batdı dili qorxudan,
Az qala dərddən ölə, ki, olacaq zəlzələ.

Qalxdı kimin təzyiqi, tutdu kimi başını,
Dūşdū təlaş, vəlvələ, ki, olacaq zəlzələ.

Kim būrūnūb yorģana, qaçdı kimi eyvana,
Çıxdı hamı tez çölə, ki, olacaq zəlzələ.

Kimsə səbir eylədi, baxdı yeni aldıģı,
Mərtəbəli mənzilə, ki, olacaq zəlzələ.

Kimsə gəzib kūncūnū, yıģdı nə var, topladı,
Baģladı yūkdən şələ, ki, olacaq zəlzələ.

Baxmadı kim, bir yalan, yoxsa bu gerçək xəbər,
Qurdu çadır da hələ, ki, olacaq zəlzələ.

Kimsə də daş tək susub, uymadı bu səs-kūyə,
Almadı bir çöp ələ, ki, olacaq zəlzələ.

Bəxtini alt -ūst edib, Tanrı yazıb tərsinə,
Fərqi nə Dəstəgūlə, ki, olacaq zəlzələ!

/mūnsərih /

Destegül Zamanlı
www.kafiy.net