Olmadın

Olmadın, bəs olacaqdın mənə sirdaş, -niyə bəs?
Niyə tərk eylədi yoldaşını yoldaş, niyə bəs?

Bu sınıq könlūmə nəqş eylədi min dərdi, qəmi,
Dərdimin ūstūnə xətt çəkmədi nəqqaş, niyə bəs?

Əridir səbrimi şəmm tək, nə deyim Tanrıya mən,
Ïstəyir tökdūrə gözdən elə qan-yaş, niyē bəs?

Çırparaq məhv eləyir atəşə pərvanə özūn,
Yansa səssiz, yenə hər yanə olur faş, niyə bəs?

Mənə dərd aşiq olub, eylədi həmdərd özūnə,
O vurulmuş, elədi hicrana göz-qaş, niyə bəs?

Ayrılıq gəldi, içimdən ūmidi ūzdū tamam,
Oldu hər yerdə,’ hər işdə bu bəla baş, niyə bəs?

Qalacaqmış yenidən boynu būkūk Dəstəgūlūn,
Doģmadın ay ana, söylə, qara bir daş, niyə bəs?

DƏSTƏGŪL ZAMANLI

Bu şeirim də Ədalətin bir şeirinə,
“Salacaqdın məni atəşlərə, sevdin niyə bəs?”-qəzəlinə yazdıģım cavabdır…
Allah rəhmət etsin…

www.kafiye.net