Azad et Qarabaģı

Başa çıxartdıq yadı,
Bizə oyun oynadı.
Çəkdik nalə, fəryadı,
Qaldı sinəmiz daģlı,
Ey xalqımın nər oğlu!
Azad et Qarabağı,
Ol yağıya göz daģı!
Silinsin ismət qaram,
Sağalsın torpaq yaram,
Şəhidlər ciyərparam,
Dərdim qaralı, ağlı,
Ey xalqımın nər oģlu!
Azad et Qarabağı,
Qan aģlasın qoy yaģı!
Bu yurdun adlı-sanlı,
İgid, mərd, dəliqanlı,
Şöhətli, kökū şanlı,
Saya gəlməz var oģlu,
Ey xalqımın nər oğlu!
Azad et Qarabağı,
Gūlsūn daşı, torpağı!
Hūnərimiz bitdimi?
Qeyrətimiz itdimi?
Gecikir qisas dəmi,
Uduzma yada aģlı,
Ey xalqımın nər oğlu!
Azad et Qarabağı,
Qayıtsın xoş növrağı!!

imza- Dəstəgül Zamanlı
www.kafiye.net