Harayla Sen

Gözəl şairə ,”Azad qələm “qəzetinin baş redaktoru,”Qızıl Qələm”mükafatı laureatı Nəcibə İlkinin “Tez Qayıt”rədifli şerinə,”Azərbaycan Aşıqlar Birliyinin”,”İti Qələm”Respublika Ədəbi Birliyinin,Şamaxıdakı”Beytüs-Səfa”Ədəbi Məclisinin,İsmayıllıdakı “Dağ Çiçəkləri”Ədəbi Məclisinin üzvü şairə Solmaz Şirvanlı deyişməsi:
“”””””””””””””””””””””
Nəcibə xanım.
Getdin çilikləndi kövrək ürəyim,
Bir də çiçək açmaz arzum,diləyim,
Sinəmi göynədir ahım-gileyim,
Tez qayıt…..
************
Solmaz xanım
Harayla sən məni qayıdacağam,
Mürgüdən,yuxudan oyadacağam,
Sənin həsrətindən bölünən dağam,
Sənsiz zülmət saran küncəm,bucağam,
Bir sənə,bil sənə qayıdacağam!
“””””””””””””
Nəcibə xanım
Bilirəm ocaq tək sönən deyilsən,
Başqa bir könüldə dinən deyilsən,
Sevməsəm geriyə dönən deyilsən,
Tez qayıt……
*************
Solmaz xanım
İnanma getmişəm yanındayam bil,
Damarında axan qanındayam bil,
Sənin atəş yaxan canındayam bil,
Eşqində alışan odam,ocağam,
Bir sənə,bil sənə qayıdacağam!
************
Nəcibə xanım
Həsrətdən sinəmdə əriyər ürək,
Vüsal nəğməsidir mən deyən dilək,
Sənsiz keçən günlər nəyimə gərək,
Tez qayıt…..
**************
Solmaz xanım
Sən elə bilmə ki,sənsiz qalaram,
Sənsiz yaşayaram,xoşbəxt olaram,
Sənsiz qalsam saralaram,solaram,
Mən sənə ömürlük arxayam-dağam,
Bir sənə,bil sənə qayıdacağam!
************
Nəcibə xanım

Yollara baxmaqdan qaralır gözüm,
Daha ürəyimdə tükənir sözüm,
Səndən əllərimi de necə üzüm,
Tez qayıt……

Solmaz xanım

Solmazam,sənsizəm yamandır halım,
Sənsən bil varlığım,cahi-cəlalım,
Getmir göz önündən ürkək xəyalın,
Sənin olacağam nə qədər sağam,
Bir sənə,bil sənə qayıdacağam!!!

09-10-2016
Solmaz  Şirvanlı
www.kafiye.net