Zalım Qızı

AYB-nin,İraqYB-nin üzvü,gözəl şairə Sənəm Səbayellə Azərbaycan Aşıqlar Birliyinin,”İti Qələm”Respublika Ədəbi Birliyinin,Şamaxı “Beytüs-Səfa”Ədəbi Məclisinin,İsmayıllı”Dağ Çiçəkləri”Ədəbi Məclisinin üzvü Solmaz Şirvanlının deyişməsi:
Səni.Sənəm Səbayel.
**********************
Sənəm xanım
Nə qədər gec deyil qayıt bu yoldan,
Od vurub odıara ataram səni,
Hər sözüm başında ildırım olar,
Kösöv tək ocağa çataram səni.
*********
Solmaz xanım

Zalım qızı gəl peşiman eyləmə,
Mən yazığa belə hədyan söyləmə,
Sevdim səni gözüm giryan eyləmə,
Kösövə,ocağa çatma sən məni.
********
Sənəm xanım.

Dəlitək düşərsən qəm diyarına,
Yağı da”can ” deyər ahu-zarına,
Çəkərəm aşiqlər beh-bazarına,
Dəyər-dəyməzinə sataram səni.
“”””””””
Solmaz xanım.
Eşqindən onu bil “Kərəm” olmuşam,
Könlüm qanə dönüb,vərəm olmuşam,
Canımı yolunda verən olmuşam,
Çəkmə gəl bazara,satma sən məni.
“”””””””
Sənəm xanım

Elə dərd verərəm ömrün puç olar,
Məhəbbət bağında kədər puçurlar,
Bütün gözəlliklər Sənəm pıçıldar,
Dəli cərgəsinə qataram səni!
************
Solmaz xanım

Sən verən bu dərd də şəfadır mənə,
Solmazam,sənsizlik cəfadır mənə,
Bu qədər zülümlər rəvadır mənə?
Dəli cərgəsinə qatma sən məni,
Özündən uzağa atma sən məni!

09-10-2016
Solmaz Şirvanlı
www.kafiye.net