Solmaz Şirvanlı – Çingiz Kürdəmirli

Olacam mən

Solmaz:
Tuti-zəban olacam mən,
Ürəklərə dolacam mən,
Bu sözümlə, sorağımla
Yaddaşlarda qalacam mən.

Çıngiz:
Əziz bacım, belə demə,
Yoxsa ki, qan salacam mən,
Balta çalma ümidimə,
Baş-gözümü yolacam mən.

Solmaz:
Bu dünyanı dərk edəcəm,
Sufilər tək tərk edəcəm,
Çox şeyləri görk edəcəm.
Baş götürüb gedəcəm mən.

Çingiz:
Sən dünyanı dərk edirsən,
Çox şeyləri görk edirsən,
Yoxsa məni tərk edirsən,
Bilmirsən ki, solacam mən?…

Solmaz:
Qəm yüküyəm bu dünyanın,
Atəşlərə yandı canım,
Məni sevən bir insanın,
Qadasını alacam mən.

Çingiz:
Gecə-gündüzü yatmıram,
Sevdiyimi də atmıram,
Qadamı sənə satmıram,
Özüm qada alacam mən.
———————————-
————————————-
Solmaz:
Haqqın Mürşidiyəm, Valisiyəm mən,
Diqqət elə, lap haqq dilisiyəm mən,
Nadanlara hər an güləsiyəm mən,
Ruh olub göylərə uçacağam mən.

Çingiz:
Mürşid, Vali olmağından zərər yox,
Haqq dilisi olmağından xəbər yox,
Gülməkdən kimsəyə çünki xətər yox,
Ruhun göyə çatcaq, tutacağam mən.

Solmaz:
Solmazın, qəlbimi duyan olmadı,
Gözünün yaşını yuyan olmadı,
Bir kəlmə “can” sözün deyən olmadı,
Qardaş, ah-nalədən yanacağam mən.

Çingiz:
Çıngiz ürəkləri duyan olubdu,
Çox göz yaşlarını yuyan olubdu,
Can deyənçün canın qoyan olubdu,
Bacım, belə getsə, coşacağam mən.

10 .10. 2016.
Solmaz Şirvanlı – Çingiz Kürdəmirli.
www.kafiye.net