Bilmirəm

Sazimi sinəmə sixmayanda mən,
Bir gün görüşünə çixmayanda mən.
O gül camalina baxmayanda mən,
Gözlərim qaralir,görə bilmirəm.

Sən məni unudub ,yalqiz qoyanda,
Həsrətin əlindən cana doyanda.
Bu dərd xəncər kimi bağrimi oyanda,
Ürəyim alişir, ölə bilmirəm.

Hərdən günəş kimi qəfil çixirsan,
Hərdən ulduz kimi qəfil axirsan.
Sən elə boylanir ,elə baxirsan,
Dilim kilidlənir, dinə bilmirəm.

Ömrümə ,günümə açilan yazmi?
Hicran baharinin sonu olmazmi?!.
Səni sevmək ücün bir ürək azmi ?
Səni bir ürəklə sevə bilmirəm.

Sevdiyinizlə ay kimi parlaq,günəş kimi şəfəq saçan Xoş səadətli ömür həyati yaşayasiniz.Amin.

Aygün Hüseynli
www.kafiye.net