Gül açim mən də

Göy başim üstündə mavi bir çətir,
Yerlərə baxiram min rəngə çalir.
Bürüyüb dünyani neçə min ətir,
Adamin huşunu başindan alir.

Hər gülün ,çiçəyin öz nəğməsi var,
Burda qulağima neçə səs gəlir.
Burda yaşamaqdan doymaqmi olar?
Könlümə min istək ,min həvəs gəlir.

Az qala bülbül tək ötüm burdaca,
Bu nə gözəllikdir çöldə çəməndə.
Elə istəyirəm itim burdaca,
Ürəyim çirtlasin ,gül açim mən də.

Əzizlərim açilan ömrünüzə Səhərlər gül kimi ətirli,şəfəq kimi günəşli ,sizləri sevən Əzizləriniz, günləriniz xoş anlarla bitən Tarixə dönsün Amin.

Aygün Hüseynli
www.kafiye.net