Təzədən doğuldum

Uşaqkən quranı tutdum əlimdə,
Anladım həyatın mənasını mən.
Rəbbimin adını tutdum dilində,
Duydum saflıq, paklıq dünyasını mən.

Duyğularım məni çəkib apardı,
Bakıdan Məşhədə, Məşhəddən Quma.
Qurbanı olduğum məsum ruhların,
Yanında yetişdim arzuya, kama.

Bağlı qapılarım açıldı bir-bir,
Kərbəlada kimlər mənə yar oldu.
Qovuşdum Nəcəfdə imam Əliyə,
Neçə möcüzələr aşikar oldu.

Şamda Zeynəbimlə görüşdüm, inan,
Bu bir həqiqətdir, yoxsa bir yuxu.
Sandım ki, arxamda dağlar dayanıb,
Qalmadı canımda bir qara qorxu.

Məkkədə qovuşdum Məhəmmədə s. mən,
Tanrım heç vaxt məni qoymadı darda.
Dəyişdi Məkkədə ömrüm büsbütün,
Təzədən doğuldum anadan orda.

Can dostlarım Cüməniz Mübarək olsun. Amin! Hər birinizə 14 məsumların s. ziyarəti nəsib olsun. Amin! İm. Hüseyn ə. və Əbəlfəz ağa ziyarəti Allah muradınızı versin. Amin!

Aygün Hüseynli
www.kafiye.net