Dənizin Dalğaları

Xəyallar üzdürür qoynunda məni,
Gözlərim önündən ötür çən-duman.
Hər kiçik xatirə düşür yadıma,
Dəniz dalğaları coşduğu zaman.

Ürəyim açılır,gözlərim gülür,
Büsbütün yox olur kədərim,qəmim.
Canımda bir sevgi ruhlanır sanki,
Yenidən həyata doğulan kimi.

Gözlərim dikilir uzaq yerlərə,
Görünməzi görmək olur sən demə.
Kükrəyən dənizin dalğalarından,
Təzə hislər dolur mənim qəlbimə.
Hər Animiz xoş xatirələrə dönsün Amin.

Aygün Hüseynli
www.kafiye.net