MƏHV OLSUN İSTİBDAD,BİR DƏ ƏSARƏT

İnsanlar!..Gözlərdən atın qorxunu,
Sığının Allaha,sığının Haqqa.
İblisin canına düşsün üşütmə,
Şər-yaman etməsin gündə min hoqqa.

Sığının Allaha,sığının Haqqa,
Susub da,dönməyin dilsiz şeytana.
Hər pisə,yamana edib də üsyan,
Allah!..Allah!-deyib,girin meydana.

Süsub da,dönməyin dilsiz şeytana,
Susub da,olmayın nahaqqa siz yol.
Susub da,olmayın hər zülmə ortaq,
Susub,döyülməyin gündə də yüz yol.

Susub da,olmayın nahaqqa siz yol,
Ürəkdə od olsun,gözdə cəsarət.
Göyərsin AZADOIQ,HAQQ VƏ ƏDALƏT,
Məhv olsun istibdad,bir də əsarət!

Ürəkdə od olsun,gözdə cəsarət,
Qeyrətdə olmayaq nə şil,çolaq biz.
Qırıb zəncirləri qollarımızdan,
Barı,millət kimi millət olaq biz!

Qırıb zəncirləri qollarımızdan,
Daha boğulmayaq kədərə,aha.
Sahib çıxaq bu biçarə VƏTƏNƏ,
Gedəyin işıqlı,nurlu SABAHA!

Sahib çıxaq bu biçarə VƏTƏNƏ,
Çalıb-talamasın əğyar var-yoxun.
Azadlıq naminə minək Qıratı,
İnsanlar!..Gözlərdən silin qorxunu!..

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net