Qardaş!

Bir də elə yazma gülüm,
Sənə qurban obam-elim,
Sənsizliyim mənə zülüm,
Qurban olum sənə qardaş!
**********
Bilsən səni sevdim necə,
Eynimdəsən gündüz-gecə,
Tüstülənnəm bil gizlicə,
Salsan duman-çənə qardaş!
************
Sənki,mənə bacı dedin,
Dərdinin əlacı dedin,
Həm başının tacı dedin
Bil sadağa ayırmışam
Sən gəldiyin günə qardaş!
********
Ölüm sözün alma dilə,
Gir qapımdan gülə-gülə,
Açım süfrə,kabab-lülə,
Sənsiz günüm dönür ilə,
Sən gərəksən mənə qardaş!

14-09-2016
Solmaz Şirvanlı
www.kafiye.net