Nə olar?

Elə qəribəm ki,öz elimdə mən,
Gəl birlikdə bir çay içək nə olar?
Nəğmələr bitirrəm bax dilimdə mən,
Gəl həsrət körpüsün keçək nə olar?
*********
Ürəyim səninlə,canım səninlə,
Damarda qaynayır qanım səninlə,
Şöhrətim səninlə,şanım səninlə,
Gəl vüsal şərbətin içək nə olar?
*********
Əllərim duada Haqq Dərgahına,
Könlüm bel bağlayır xoş sabahına,
Döndərib bil səni qibləgahına,
Yaxşını pislərdən seçək nə olar?
*********
Qoymayaq Vətəni qalmasın darda,
Solmazam,ürəyim saf arzularda,
Bəsdir biz yaşadıq qəmdə-qübarda,
Düşmənə od qoyaq,biçək nə olar?

14-09-2016
Solmaz Şirvanlı
www.kafiye.net