GƏL,QAYIDAQ  O GÜNLƏRƏ,YENƏ DƏ

Gəl,qayıdaq o günlərə,yenə də,
Qoz sındıraq bu dünyanın başında.
Sən ordan,mən burdan baxıb,boylanaq-
Mən on dörd yaşında,sən on yaşında…

Gəl,qayıdaq o günlərə,yenə də,
Gəl,ağladaq bu dünyanın anasın!
Gülüşümüz qarsalasın üzünü,
Yanı qalsın,gözləri də qanasın!

Gəl,qayıdaq o günlərə,yenə də,
Gəl,olaq göylərdə rəngli çərpələk.
Çiçəkdən-çiçəyə aparaq salam,
Qonaq güllər üstə,sanki kəpənək…

Gəl,qayıdaq o günlərə,yenə də,
Tərləsin bığ yerim,utanım bir az.
Allansın rəngin də sənin günbəgün,
Böyüyək bir yaş da,hər gələndə yaz.

Gəl,qayıdaq o günlərə,yenə də,
Əllərin əlimin içində yansın.
Olub da yuxudan,iştahdan düşək,
Anan səni,anam məni danlasın.

Gəl,qayıdaq o günlərə,yenə də,
Olasan şah qızı,mən haqq aşığı.
Atsınlar zindana,qırıb sazımı,
Alıb gözlrimdən həm də işığı…

…Sən şah qızı,mən bəxtsiz haqq aşığı,
İnanmıram,bəxt mən sarı dönə də.
Barı,gəl gir gecələri yuxuma,
Gəl!..Qayıdaq o günlərə,yenə də!..

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net