GÖZƏLLƏRƏ İNAMIMI İTİRDİM

Gülruxsarım,surətini görəndən
Dinim getdi,inamımı itirdim.
Bilinmədi bu halımla kiməm mən,
Günüm,anım,zamanımı itirdim.

Bilinmədi milətim nə,dinim nə?
Nitqim itdi,söz gəlmədi dilimə,
Ox eylədim,eşqim aldım əlimə,
Nə yazıq ki,kamanımı itirdim!

Başını qar döyən bahar,yay oldum,
Dilindən qan gələn quşa tay oldum,
Bulaq gözüm dayanmadı,çay oldum,
Qovuşmağa ümmanımı itirdim.

Olmadı təbibi mən xəstəhalın,
Sormadın pozulub nədən bu halın?
Vəslinə yetməyə sənin,a zalım
Zərrə qədər gümanımı itirdim

Məzahirəm,içməmişdən mən dəməm,
Zülfün sayı dərdə-qəmə həmdəməm,
Bunnan belə gözəllərə yar deməm,
Gözəllərə inamımı itirdim!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net