BİLSEYDİN

Bilsəydin mən nələr çəkirəm burda,
Sakitcə dayanıb,durmazdın orda,
Bir quş qanadında gələrdin bura,
Qoymazdın sevdiyin boynunu bura.
**********
Qoymazdın ki,qala gözləri yaşlı,
Qoymazdın dərd çəkə bu qələm qaşlı,
Əynini geydirib allı-qumaşlı,
Çəkib aparardın özünlə ora.
********
Neynəyim əllərim yetməyir yara,
Ürəyim içindən çəkilir dara,
Son qoy bu həsrətə,ayrılıqlara,
Qoyma həsrət qalsın gözləri qara.
*****/*
Solmazam ,yaşadır bu sevda məni,
Gəl götür bu yoldan dumanı-çəni,
Gəl birgə dolaşaq ana Vətəni,
Gəl birgə qol qoyaq xoş arzulara!

30-08-2016
Solmaz Şirvanlı
www.kafiye.net