Əlimdən vaxtsız gedən nakamlarımın Anamın,qardaşımın,4yeznələrimin vaxtsız-vədəsiz dünyadan getmələrinə!!!

Gedibdir!!!

Neçə əzizlərim qara torpaqda,
Köçüb bu dünyadan nakam gedibdir,
Bu qızın gözləri başdan-binadan,
Ağlayıb,yaş töküb,zəban edibdir!!
**********
Dərdimi söyləsəm yer-göy qan ağlar,
Könlüm əzizlərin hər an soraqlar,
Açın ürəyimi bir-bir varaqlar,
Fələk yaralayıb,al qan edibdir!
***********
Dünyaya dərd ilə qoşa gəlmişəm,
Çoşub şair təbim cuşa gəlmişəm,
Qocalan vaxtımda xoşa gəlmişəm,
Taleyim yolumu duman edibdir!!!
***********
Solmazam,sözüm yox zalım fələyə,
Deməyin başlayıb yenə gileyə,
Hərləyib-fırlayıb salıb kələyə,
Gözümdə yaşları ümman edibdir!!

02-09-2016
Solmaz Şirvanlı
www.kafiye.net