SƏNƏ QURBAN

Gedib ömrün neçə ili,
Qalan ömrüm sənə qurban.
Həsrətindən gecə-gündüz,
Talan ömrüm sənə qurban.

Güc al eşqin qüdrətindən,
Qaçanmazsan qismətindən.
Susuz gül tək həsrətindən,
Solan ömrüm sənə qurban.

Gəl sadiq ol öz andına,
Yetiş arzu-muradına.
Mən Zauru eşq oduna,
Salan ömrüm sənə qurban.

30.12.2001
Zaur  Vedili
www.kafiye.net