GÖNDƏR İLAHİ…

Yanır susuzluqdan cadar çöllərim,
Quruyub az qala çayım, göllərim,
Dil açıb yalvarır Haqqa dillərim,
Bir qətrə nurunu göndər İlahi !!!
********
Nadanı -namərdi sal öz yoluna,
Yamanca həsrətik yağış-doluna,
Nə ola qüvvət ver bir az qoluna,
Susmuş ilhamımı dindir İlahi !!!
********
Çöllərim, düzlərim saralıb gedir,
Alışır-qovrulur, qaralıb gedir,
Solmazın da səbri daralıb gedir,
Selləmə yağış yağ əndər, İlahi !!!

25-08-2016
SOLMAZ ŞİRVANLI…
www.kafiye.net