“Yollara yazılan məktublar” dəftərindən.

MƏNİ ÜRƏYİNDƏ SƏN YAŞAT,GÜLÜM

Gül əllərin üzüləli əlimdən,
Nə can qaldı,nə də candan ad,gülüm!
Ah,elə yandım ki,elə yandım ki,
Biləmmədim bu nə damaq,dad,gülüm?!

İçimdə dərd,çölümdə qəm mələdi,
İçim də,çölüm də dəlmə-dəlmədi,
Hey hayladım,harayladım,gəlmədi
Yerdən də,göydən də bir imdad,gülüm!

Sənli gündə deyərdilər şən,mənə,
Qarlar yağdı o çəmənə,gülşənə,
Doğmadan da doğma idin sən mənə,
İndi dönüb,nədən oldun yad,gülüm?

Elə gül ki,gülüşündən dərs alam,
Bu eşqə xətt çəkib,demə “vəssalam!”.
Deyib salamıma “əleykümsalam”,
Nə olar,şeytana bir daş at,gülüm!

Məzahirəm,iz qalmadı zilimdən,
Yağmalandım,ahlar yağdı dilimdən,
Alıb bu dünyanın namərd əlindən,
Məni ürəyində sən yaşat,gülüm!

MƏZAHİR İSGƏNDƏR

18.08.2016
www.kafiye.net