Bu Sevən

Adın da əzizdi,eşqin də əziz,
Bu sevən könlümü dağ-dağ eylədin!
Üz çevirdik başqa səmtə hərəmiz,
Yaxın yollarını uzağ eylədin!
***********
Elə ucalmışdın ucadan uca,
Az qala dönmüşdün başımda taca,
Səni səsləyirdi bu qapı-baca,
Yalandan danışıb tuzağ eylədin!
************
De niyə ürəyin qırdın bu qızın,
Sən durdun qəsdinə bu sərvinazın,
Getdi bax əlindən dürri-almazın,
Ömür kitabını varağ eylədin!
***********
De görüm buydumu təmiz ürəyin,
Olardım ömründə arxa-köməyin,
Kimə əmək çəksən itər əməyin,
Əlini telimdə darağ eylədin!
*************
Hələ də yolunu gözləyir gözüm,
Susubdur qələmim,tükənib sözüm,
Səndən ayrılığa yox daha dözüm,
Solmazam,hər kəsdən sorağ eylədim!!!!

Solmaz Şirvanlı
13-08-2016

www.kafiye.net