YADINDAMI DE, O YAĞIŞ

Yadındamı de,o yağış–
Narın-narın yağırdı,ha?..
Muncuq-muncuq gilələnib,
Üzümüzdən axırdı,ha?..

Yadındamı de,o yağış–
Nə durub,nə kəsmirdi,ha?..
Əssə də əl-ayağımız,
Ürək donub,əsmirdi,ha?..

Yadındamı de,o yağış–
Elə-belə yağmırdı,ha?..
Başqa cürdü yağımı da,
Durub,sözə baxmırdl,ha?..

Yadındamı de,o yağış–
İstəmirdik kəsilə,ha?..
Unutmuşduq zamanı da,
Düşmüşdük dörd fəsilə,ha?..

Yadındamı de,o yağış–
Bir nəğmətək oxundu,ha?..
Dəydi dodaq-dodağa da,
Əllər-ələ toxundu,ha?..

Yadındamı de,o yağış–
Söndürmədi,biz yandıq,ha?..
Sıxılıb bir-birimizə,
Beləcə də dayandıq,ha?..

…Yadındamı hələ,o gün–
Həmin gözlər,həmin baxış?..
Gülüm,səndən soruşuram:
Yadındamı de,o yağış?..

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net