HEÇ KESİN


Heç kəsin sevgisi gərəyim deyil

Bir dəli sevginin möhtacıyam mən.
Tikanlı,tikansız gül elə güldür,
Gülə bağlı qəlbin əlacıyam mən.
**************
Kimlər nə yazırsa qoy yazsın hələ,
Mən ki,kədərimdən bağlayıb şələ,
Dönmüşəm eşqində canlı heykələ,
Hər kəsə,hamıya bir bacıyam mən!
*************
Bütün sevənlərə tutub üzümü,
Eşitsin hər bir kəs deyim sözümü,
Dünyanın varından yığıb gözümü,
Bütün sevənlərə duaçıyam mən.
**************
Məni sınamağın deyildir lazım,
Ürəklər odlayar naləm -avazım,
Sənsiz bir heç olar,ölər Solmazın,
Səninlə sevdamın baş tacıyam mən!

09-08-2016

Solmaz Şirvanlı