MEN SENİ

Mən səni insan deyil,sanki mələk biıirdim,
Ürəyimin içində,əsil ürək bilirdim.
*************
Heyif o ürəkdən ki,qədrini bilmədin sən,
Mən sənə söykənməyə,arxa-kömək bilirdim!
***************
Yaman çəkildin dala,niyə belə eylədin
Səni təşnə könlümə,əsən külək bilirdim.
************
İndi necə eyləyim,heç bilmirəm özüm də,
Səni tənha könlümdə,vuran bilək bilirdim.
************
Unutdunmu Solmazı,söylə sən birdəfəlik,
Keşməkeşli həyatda,səni gərək bilirdim.
•**********

09-08-2016
Solmaz Şirvanlı

www.kafiye.net