Ola.
Gül açıb gülzarım,gülür çəmənim,
Nərgizim,zambağım həm yasəmənim,
Alaydı kaş Tanrı canımı mənim,
Heç də istəməzdim ölənim ola!
***********
Yenə nisgildəyəm,dərd içindəyəm,
Həsrətdə-hicranda,qəm köçündəyəm.
Ölümdə,qalımda,mən seçimdəyəm,
Gəlib göz yaşımı silənim ola!
**********
Gecəmlə,gündüzüm dəyişik düşüb,
Həsrəti-hicranda bağrım da bişib,
Ürək vərəm olub,ciyərim şişib,
Gəlib bu halımı bilənim ola.
**********
Solmazam,küsgünəm mən öz yazımdan,
Xainlər xoflanar xoş avazımdan,
Xatirə qalacaq şeir,yazımdan,
Oxuyub,sevinib,gülənim ola!!!

17-07-2016
Solmaz Şirvanlı

www.kafiye.net