Verdin.
Mən sənə ömrümün qönçə gülünü,
Sən mənə əzablı günləri verdin.
Mən sənə ən ülvi,ən pak sevgimi,
Sən mənə fəryadı,ünləri verdin.

Sən mənim bəxtimdə bir həsrət yükü,
Min fitnə-fəsadlı bir acgöz tülkü,
Mənim taleyimə ömürlük bürkü,
Ən müdhiş,ən acı günləri verdin.

Ey könül,bağlanma nadan-nakəsə,
Yaz gəlib bülbüllər düşüb həvəsə,
Ay namərd,Solmazı salıb qəfəsə,
Ahutək mələyən dilləri verdin.

Mart 1998

Müəllif:Solmaz Şirvanlı

www.kafiye.net