Ələnmişəm.

Zalım sənin xəbərin yox,
Həsrətinə bələnmişəm.
Dönüb çiskinə,yağmura,
Çiçəklərə çilənmişəm.
**********
Bu həsrətin adı sənsən,
Bitməz eşqin dadı sənsən.
Sinəmdə köz,odu sənsən,
Bu sevdadan ölənmişəm?
************
Gümanım sən,günahım sən,
Başım üstə Allahım sən,
Xoş açılan sabahım sən,
Saf sevgidən ələnmişəm.
***********
Çiskinim sən,çənim ki,sən,
Bu ömrümə qənim ki,sən,
Hey deyirsən mənimkisən,
Sanki,qulun-kölənmişəm?
**********
Unut Solmaz,unut getsin,
Qoy bu bitməz sevda bitsin,
Necə edim həsrət itsin?
Bu sevdaya bələnmişəm!!!…….

Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi

www.kafiye.net