Qazel

Neyləyim ki əzəldən mənim bəxtim qara gəlib
Ürəyim intizardan,ayrılıqdan zarə gəlib
***
Etmə gəl sən şikayət aşiqin qəm çəkməyindən
Dünyanın hər əzabı aşiq olan yara gəlib.
***
Sar tələ qursa belə bülbülün öz haqq işinə
Bülbül öz gülü üçün həmişə gülzarə gəlib.
***
Aşiqin heç kimə dəyməz zərəri hamı bilir
Qəddarlıq etmək fəqət zalım hökmdara gəlib.
***
Ey Nazlı,səbr eləyib aldın axır bir mükafat
Sənin də görüşünə göydən bir sitarə gəlib.

Nazlı HACİLİ
www.kafiye.net