SƏN QOCALMISAN..

Mənə yaşlanmısan demə ay zalım,
Mən deyil,sən özün çox qocalmısan.
Çaş düşüb xəyalın,nədir bu halın?
Gözünə bir eynek tax,qocalmısan..
*
Dilin topuq vurur,əsir əllərin,
Arxada qalıbdır gözəl illərin,
Başında ağappaq olub tellərin,
Başına bir hena yax,qocalmısan.
*
Kənardan baxıram rəngin saralıb,
Hövsələn tükənib,qanın qaralıb,
O şən sifətində kədər yer alıb,
Dizində taqətin yox,qocalmısan.

*
Geyinib gəzirsən cavansayağı,
Bu geyim görünür bir az bayağı,
Ahıllıq axsadır hərdən ayağı,
Səbr elə ,dişini sıx,qocalmısan..
*
Hər ömrün bir başı,bir də var sonu,
Hər kəs geyə bilər qocalıq donu,
Doğrudur,boynuna almırsan bunu,
Nəzər sal özünə bax,qocalmısan..

Nazlı Hacılı.
www.kafiye.net