TƏƏSSÜF..

Necə bəxtiyardıq bir zaman sənlə,
Yox idi işimiz nifrətlə,kinlə,
Əl-ələ gedirdik imanla,dinlə,
Təəssüf araya bir şeytan girdi..
*
Elə bağlanmışdıq bir-birimizə,
Bu yolda hər şeyi almışdıq gözə,
Xain şər istirab yaşatdı bizə,
Təəssüf araya bir şeytan girdi..
*
Səni də,məni də sarsıdıb durdu,
Arada hiylələr,tələlər qurdu,
Gizlicə arxadan zərbələr vurdu,
Təəssüf araya bir şeytan girdi..
*
Bilmirəm hardandır bu kin canında,
Şeytan yalan olar onun yanında,
Ev yıxmaq,şər yaxmaq onun qanında,
Təəssüf araya bir şeytan girdi..

Nazlı Hacılı
16.07.2016.
www.kafiye.net