Q Ə Z Ə L

Qürbətlərdə olan oğullarım Zahir və Nahid üçün.
!!!!!!!!!!!!!

Qız başa tacdı əgər,bil ki,şərəf-şandı oğul,
Ürəyin şah damarı,ondan axan qandı oğul!

Tən edər,el də gülər,sən canına can deməsən,
Sirr(i) nə,candan əziz,candan olan candı oğul!?

Şükr edib qismətinə,Rəbbidən artıq diləmə,
Gecənə nurlu bir ay,gündüzünə dandı oğul!

Vay onun halına,vay! Kim ki bunu duymaz ola,
Ananın,həm bacının yolunda qurbandı oğul!

Ad əkib,san becərib,əhd ilə peyman eləyər,
Yar deyər namusuna,unutmaz bu andı oğul

Məzahir sözü ilə güllü-gülüstan yaradıb,
O bağın bülbülü sən,gəl,ciyərim yandı,oğul!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net