ÜZƏR MƏNİ..

Süzmə qəmli,üzgün-üzgün,
Belə baxış üzəe məni.
Axı bu yol deyil düzgün,
Daşı,diki əzər məni..
*
Qoyma hücum çəksin ələm,
Qınaq edər səni Kərəm,
Bənövşəyəm,qərənfiləm,
Sanma adi xəzəl məni.
*
Məhəbbətə duzax qoyma,
Ürəyinə sazaq qoyma,
Nəzərindən uzaq qoyma,
Tutar özgə nəzər məni.
*
Kim söyləyir ömrə son yox,
Barış göndər,qada,qan yox,
Hacılıyam,geyim,don yox,
Yalnız sevgi bəzər məni…

Nazlı Hacılı.
www.kafiye.net