ALANMAZ..

Salıb naşılığa,naşı danışma,
Kafərlik imanı dindən alanmaz.
Sən ellə deyilsən,belə yanaşma,
Bir damla öcünü mindən alanmaz.
*
Artıq dündə qalıb dündə olanlar,
Mehrə bata bilməz kində olanlar,
Gözdən düşə-düşə tində olanlar,
Ürək sevgisini tindən alanmaz..
*
Nazlıyam,əfv umma daşqın selindən,
Mən gücü almışam sevgi gülümdən
Mənim olanımı mənim əlimdən,
Yüz sənlər yığışa məndən alanmaz..

Nazlı Hacılı..
www.kafiye.net