YERİ BALA, MƏN SƏN DEYƏN DEYİLƏM 

Nə imanlı,nə dinlisən,kim bilə?
Nə enmisən,nə minmisən,kim bilə?
Şeytanmısan,ya cinmisən,kim bilə?
Yeri bala,mən sən deyən deyiləm!

Nə dərəsən,nə təpəsən,nə düzsən,
Min xəyallı,min sevdalı,min üzsən,
Osan…busan…elə bilmə,özünsən,
Yerı bala,mən sən deyən deyiləm!

Peş də gəlmə çox hayını-küyünü,
Doğanaqsan,day açılmaz düyünün,
Alıb ələ tütəyini,züyünü,
Yeri bala,mən sən deyən deyiləm!

Ətri-gülab sarımsağa qarışmaz,
Ulduzumuz bir-birilə barışmaz,
Dünyan sənin dünyam ilə yarışmaz,
Yeri bala,mən sən deyən deyiləm!

Qarışdırma gəl adamla-badamı,
Mən imanın,sən zamanın adamı…
Min can desən,min alsan da qadamı,
Yeri bala,mən sən deyən deyiləm!

Qarğa,bülbül bir qəfəsə salınmaz,
Dəf,nağara kaman kimi çalınmaz,
Bir qalayam,min sən gəlsə,alınmaz,
Yeri bala,mən sən deyən deyiləm!

Od dilənib,əlm bir kül dilənməz,
İz qoymuşam,tufan qopa,silənməz,
Tülkü aslan yerişini bilənməz,
Yeri bala,mən sən deyən deyiləm!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net