O L M A Y A Y D I

Birisi dəydi xətrimə…
————
Qurduğun dünyada nolaydı,Allah,
Nə nalə,nə fəryad,vay olmayaydı!
Çəkməyəydi həsrətini qarın qış,
Gözündə buz donan yay olmayaydı!

Diləyimdi,nahaqq ölə,haqq qala,
Dönməyəydi əhli-qələm naqqala,
Nə pələng tülküyə,nə şir çaqqala,
Tər gül də qanqala tay olmayayadı!

Qazdığıni şər özünə qazaydı,
Düz,düz gedib,əyri yolun azaydı,
Gündüzünü dünya mərdə yazaydı,
Namərdə nə ulduz,ay olmayaydı!

Qarmaladı,şər xeyirdən aldı bac,
Dil də,söz də ocaq üstə oldu sac,
Məzahir,başına qoyulardı tac,
Fələyin saydığı say olmayaydı!..

MƏZAHİR İSGƏNDƏR.

www.kafiye.net