HƏ,YAXŞIYIQ ƏŞİ…
BİZDƏN NİGARAN QALMAYIN HEÇ!..

Gəliniz bayram edək,pozmayaq heç halımızı,
Etməyək aləmə faş naleyi-əfğanımızı,
Doluşub bit-birələr didsə də lüt canımızı,
Dözərik,çünki babam,RüstəmZaldı millətimiz,
Dəf tutub,çırtma vurar,əhli-haldı millətimiz!..

Talanıb torpağımız,qoy talana lap canımız,
Olmaya üstümüzə örtməyə də yorğanımız,
Səbr edək biz,yayıla dörd yana da ad-sanımız,
Səbr gül üzdü əgər,üzdə xaldı millətimiz,
Dəf tutar,çırtma vurar,əhli-haldı millətimiz!..

MƏZAHİR İSGƏNDƏR

Məncə,hələ gələcək.

www.kafiye.net