Kiməm? 
Nəyəm?
Utanmıram adımdan!

GÖZLƏYİRƏM GÜNƏŞİ

Bu,Allahın lütfü deyil,bəs nədi?
Mən ona şükr edib,həm ilham aldım.
Qələmimlə qoyun-quzu otarıb,
Min illər sonraya izimi saldım…
(Bir başqa şeirimdən)
“”””””””””””””””

Bir yaz günü…Ağarmamış dan yeri…
Dupdurudu çavi səma,göy üzü.
Elə bil ki,ulduzlar da gecikir
Ki,batmasın,seyr eyləsin gündüzü…

Dupdurudu mavi səma,göy üzü,
Sanki gəlmir gecənin də yuxusu.
Bəlkə qoymur gözlərini yummağa
Bu tünd iydə güllərinin qoxusu?

Sanki gəlmir gecənin də yuxusu,
Day,eşitmir anasının laylasın.
Ağaracaq dan yeri də bir azdan,
Yandıracaq bu gecənin anasın…

Uşaq nəfəsidi sanki hava da,
Çəkirəm içimə lap ac qurd kimi.
Gündüzü də,gecəsi də gözəldi,
De,harda var belə gözəl yurd kimi?

Hər tərəf olsa da alaqaranlıq,
Yaymışam yamaca qoyun sürüsün.
Bəs it nədən səsin atıb başına,
Nə görüb ki,görən,belə hürüsün?..

İlhamım axsa da bir bulaq kimi,
De,hara boşaldım ürəyimdəkin?
Rəngini də seçmədiyim kağıza
Bu qələmi hansı gözlə mən çəkim?

Eybi yox,qələmim,bir az səbr elə,
Sən də ki ilhamım,uzağa getmə!
Atıb məni fikirlərin qoynuna,
Tğnhalığa,yalqızlığa tərk etmə!

Hələ bir bax,qaranlıq da utanır,
Ağarar dan,günəş çıxar bir azdan.
Həm qoyun otarıb,həm şeir yazıb,
Day,küsmərik Tanrı qoyan tarazdan…

…Qoyunlar otlayır durub-durmadan,
İtim də hürüyür həminki kimi.
Mənsə gözləyirəm əlimdə qələm–
Günəşin yolunu dünənki kimi…

17.05.2013

“Qırmızı dağ”da şəxsi qoyun- quzumu otara-otara yazmışam.

Mezahir İsgender
www.kafiye.net