Siz,ey zalimlər!..
Siz,ey vəhşilər!..
Siz,ey qan hərisləri!..
Sonunuz yaxındır.UNUTMAYIN!
UNUTMAYIN qanına susayıb,qanını içdiyiniz
TÜRKÜN bir gün səbrinin daşacağını…
UNUTMAYIN bir gün ALLAH!..ALLAH sədala-
rının sizi əbədi bir yoxluğa doğru qovacağıni…
UNUTMAYIN O GÜNÜ!..
UNUTMAYIN!
UNUTMAYIN!..
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

OYAN,EY TÜRK BALASI

Oyan,ey türk balası!Qalx ki,atın kişnəmədə,
Çeynəyib bax cilovun,dil-dodağın dişləmədə,
Zarıyıb,yanı yatıb,bunca günah işləmə də,
Cəng edib,”Cəngi”gedən,meydana yardan yar olar,
Türkə ah-nalə,fəfan,göz yaşı ardan-ar olar!

Silkinib,nərə çəkib,qalx ki,səbr vurdu təbil,
Gey döyüş köynəyini,hərb nədi,nənnidə bil,
Hərləyib şeşpərini,söz ilə min fəndi də bil,
Kəsilən əzm ilə yol düşmənə dardan-dar olar,
Türkə ah-nalə,fəğan,göz yaşı ardan-ar olar!

Söykənib sən dizə,qalx! Qalx ki, yarı millətinə,
Kim edər bunca hünər,ol yetər hürriyyətinə,
Bilməyən milləti nə,ya da ki ülviyyəti nə?
Ola lap Rüstəmi -Zal,bülbülü-zardan zar olar,
Türkə ah-nalə,fəğan göz yaşı ardan-ar olar!

Uyumaz ruh da,əgər,gəzsə yağı torpağını,
Qıyamaz əldə qala bir otunu,yarpağını,
Çəkəyin bəs necə biz,söylə namus,ar dağını?
Şan gedə,şöhrət itə,tapmayan xardan-xar olar,
Türkə ah-nalə,fəğan,göz yaşı ardan-ar olar!..

Qalx! Bilək qiymətini,qədrini türk kürkümüzün,
İtidək dişlə ucun korta qalan süngümüzün,
Sala od ,bəlkə cana,səs-sədası türkümüzün,
Ər olan,ər doğuran,ər doğan ərdən-ər olar,
Türkə ah-nalə,fəğan,göz yaşı ardan-ar olar!

MƏZAHİR İSGƏNDƏR.
www.kafiye.net