KAŞ Kİ,OLMAYAYDI O GÜN,O AXŞAM

(“Xatirələr bağçası”ndan)

Bir sərv idi,gərilməzdi Məzahir,
Budağından dərilməzdi Məzahir,
Çinar idi,əyilməzdi Məzahir,
Bənövşətək boynun bükdü ayrılıq…
Müəllif
———-
Kaş ki,olmayaydı o gün,o axşam,
O qəmli,kədərli son görüş,gülüm!
Bir də hərarətsiz,soyuq baxışlar…
O gözlər,buz olan son gülüş,gülüm!

O qəmli,kədərli,o son görüşdən
Ayrıldıq pərişan,qəlbi yaralı.
O gündən bu günə yaralı gəzdi
Ət dirnaqdan,dırnaq ətdən aralı…

Ayrıldıq pərişan,qəlbi yaralı,
Ayrıldıq,həsrətə sarılmaq üçün.
Ayrıldıq…sən mənə,mən sənə deyil,
Bir başqa birinə yar olmaq üçün…

Ayrıldıq,həsrətə sarılmaq üçün,
Nə dərd unuduldu,nə çilə bitdi.
Sənin gözlərindən sevinc şöləsi,
Mənim gözlərimdən bir dünyam itdi…

Nə dərd unuduldu,nə çilə bitdi,
Yalvarmaq da,peşmanlıq da day,hədər!
Səni də,məni də həsrət,intizar
Gülüm,qovacaqdır məzara qədər!

Ahlar da, “uf”lar da hədər,day hədər!
Bu odu dənizlər söndürə bilməz.
Nə sənin,nə mənim odlu göz yaşım
O günü,o anı döndərə bilməz…

…Bu odu dənizlər söndürə bilməz,
Bu odda Məcnundan,Fərhaddan başam.
Durub,durduraydı zaman saatın,
Kaş ki,olmayaydı o gün,o axşam!..

MƏZAHİR İSGƏNDƏR.
www.kafiye.net