UŞAQLAR ÜÇÜN ŞEİRLƏR -KİTABIMDAN.

AYIN HAMAMI.

Vaqifgilin həyətdə,
Gözəl hovuzu vardı.
Hər gecə ay səmadan,
Hovuza boylanırdı.

Vaqif isə maraqla,
Ayı seyr eyleyirdi,
Sonra da öz-özünə,
Nə isə söyləyirdi.

Bir gün bacısı dedi:
-Söylə,sənə nə olub?
Bir neçə gecədir ki,
Gözün hovuzda qalıb.

Vaqif dedi:Hər axşam,
Eyni bir hadisənin ,
Mən şahidi olmuşam.
Gördüyüm hadisədən

Qəlbim tıp-tıp düyünür,
Sanki hamammış kimi,
Ay soyunub hər gecə,
Bu hovuzda yuyunur.

Nazlı Hacılı..
www.kafiye.net