Şairə bacım Səadət Butaya.

Səadətin səadəti sözündə,
El-obanın hər adəti izində,
Ayın nuru,məlahəti üzündə,
Günəş olub,şölə saçır Səadət!!

Şairlərin arasında birinci,
Xanımların sırasında dürr,inci,
Tükənməsin ömür boyu sevinci,
Qanad çalıb,quştək uçur Səadət!

Borçalı elinin gözəl ceyranı,
Mat qoyub şerilə külli cahanı,
Solmazam,gəzsəm də düzü-dünyanı,
Könlüm quşu sənə qaçır Səadət!!

23-06-2016
Solmaz Şirvanlı.
Şamaxı,Ovculu kənd
www.kafiye.net