Sən Bilirsən.

Nə ölüyəm,nə diriyəm bilmirəm,
Gözlərimdən leysan gedir silmirəm.
Qəmə sirdaş yaşayıram gülmürəm,
Kim bilməsə bunu ki,sən bilirsən!
•************************
Dilləndirmə dəli olan könlümü,
Qəm-nisgilə zəli olan könlümü,
Sevdasının külü olan könlümü,
Kim bilməsə bunu ki,sən bilirsən!
****** ******* ******
Yol gözlədim ayım ilə döndü gəl,
Fəryad etdim naləm zilə döndü gəl,
Sevdim səni eşqim külə döndü gəl,
Solmaz ölür,bunu ki,sən bilirsən!

15-06-2016
Müəlluf;Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi
www.kafiye.net