Axtaracaqsan!!!

Səsim getməyəcək qulaqlarından,
Adım düşməyəcək dodaqlarından,
Leysanlar axacaq yanaqlarından,
Bax onda sən məni axtaracaqsan!
**** ***** ****** *****
Adımı hər yerdə axtaracaqsan,
Min nalə,min şivən qoparacaqsan,
Mənsiz sən heç nəsən,cansız varaqsan,
Bax onda sən məni axtaracaqsan!
**** ***** ***** *****
Könlünü atəşlər yaxacaq sənin,
Köksündə şimşəklər çaxacaq sənin,
Gözlərin yoluma baxacaq sənin,
Bax onda sən məni axtaracaqsan!
***** ***** ***** ****
Deyirdin əzizəm,guya səninçin,
Bir zaman mən idim sənin sevincin,
Düşdü əllərindən almazın,incin,
Hər yerdə Solmazı axtaracaqsan!!!…..

22-06-2015
Müəllif;Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi
Mezahir İsgender
www.kafiye.net