OLDU..

Günəş kimi şəfəq saçdım sevgimə,
Əvəzində kirpiklərim yaş oldu.
Mən mərd oldum,mərd yanaşdım sevgimə,
Namərd mənim yolum üstə daş oldu.
*
Ümidimi bərkitdim öz elimə,
El kəlməsi baş söz oldu dilimə,
Mən əl verdim məhəbbətin əlinə,
Məhəbbətim məhəbbətə tuş oldu.
*
Ali hisslər hər özüldə yatanmaz,
Qara fikir ağ məqsədə çatanmaz,
Düz deyirlər eşqə dağ da batanmaz,
Kor şeytan da səy göstırdi,boş oldu.
*
Gözə girən sandı işə yaradı,
Gözdən çıxdı özgə məkan aradı,
Nadürüstün ondan üzü qaradı,
Dürüstlərə kəm baxmaqdan çaş oldu.
*
Nazlı mərddir,hər kəlməni mərd dedi,
Dərd verənin öz könlünə dərd dedi,
Çoxu mənə çox arzuya yet dedi,
Sədaqətim hər arzudan baş oldu..

Nazlı Hacılı.
www.kafiye.net