MƏNİM YERİMƏ..

Canımı canına feda eyledim,
Hər acı kəlmənə bir can söylədim,
Verdiyin əzabdan yandım,göynedim,
Sən olsan neylərdin mənim yerimə?
*
Əlinlə qəlbimə xəncər çaxıldı,
Soyuq baxışların döndü ox oldu,
Ümidim sozaldı,eşqim yıxıldı,
Sən olsan neylərdin mənim yerimə?
*
Bir qulaq asmadın vicdan səsinə,
Düşdün bu dünyanın bəhsəbəsinə,
Döndün xəyanətin sərt kölgəsinə,
Sən olsan neylərdin mənim yerimə?
*
İtirdin əhdini,ilqarını sən,
İblisə dəyişdin öz yarını sən,
Yazdın saxta eşqin şüarını sən,
Sən olsan neylərdin mənim yerimə?
*
Yoluma verdiyin çənə də dözdüm,
Saçıma saldığın dənə də dözdüm,
Yıxıldım,yaxıldım,yenə də dözdüm,
Sən olsan neylərdin mənim yerimə?

Nazlı Hacılı.
www.kafiye.net