Bu Dünya

Bu dünya mənim üçün vallahi qəmxanədir,
Bəlkə məni görənlər deyirlər divanədir,
Dolanıb şəmə könlüm yanan bir pərvanədir
Deyin nədir günahım,bir Rəbbimdir pənahım.

Hər günüm ah içində zarı-zarı ağlaram,
Qəlbimdə yar həsrəti ol nigarı ağlaram,
Didəmdən yaşlar töküb,qəm-qübarı ağlaram,
Çıxar ərşi-əlaya,inan amanım-ahım.

Bəsdir belə ağlama,inan öz Allahına,
Bağla daha sidqini,bağla söz Allahına,
Söz ver sən öz Rəbbinə,Solmaz döz Allahına,
Qara günü ağ edib,açar aydın sabahım!!!…

Solmaz Şirvanlı
www.kafiye.net