NƏDƏNSƏ..

Mənim ümid ilə döydüyüm qapı,
Üzümə çırpılır bəzən nədənsə.
Küsürəm taledən daha getməyim,
Düz ora aparır məni qədəmsə..
*
Bəlkə oradadır mənim qismətim,
Bəlkə o məkanda güləcəyəm mən?
Qara yol gedənməz mənim ismətim,
Ölsəm də ismətlə öləcəyəm mən.
*
Gah gülür bəxtimiz süzərək bizi,
Gah da qəm görünür taleyimizdə.
Hərdən gec anlayan bir adam kimi,
Əqli kəm görünür taleyimiz də..
*
Qəm heç öyünməsin,nə suç işlədim?
Sanmasın usanıb səhv edəcəyəm.
Nifrətə yön almır mənim xislətim,
Nəf etsəm sevgimdə nəf edəcəyəm..

Nazlı Hacılı.
www.kafiye.net