Q Ə Z Ə L

(…ah ilə fəryad da mənəm)

Yazılan yaddaşa həm,həm pozulan ad da mənəm!
Doğmadan,candan əziz,həm də ki, bir yad da mənəm!

Keçmişəm qəm dərsini,bu fənnidən “beş” almışam,
Qəm çəkib,qəlbi dələn ah ilə fəryad da mənəm!

Biləməm bunca qədər,zalimi dövranda kiməm?
Həmi imdadə yetən,həm soran imdad da mənəm!

Mən kiməm,ya ki nəyəm,bir rəm atıb,kim bilə ki?
Həmi dağ,həm də külüng,həm çapan Fərhad da mənəm!

Düşəli eşqə durub,vah bu ki,sabit olmadım,
Həm şirin,həm də acı,turşa çalan dad da mənəm!

Bir gülüb,min ağlayıb,göz-görə viranə olub,
Rəbbidən can diləyən,dil-dodağı çat da mənəm!

Məzahir,de ki düşüb məhşərə, lap yanmadayam,
O da ki min qat ola,lap olan üst qatda mənəm!

Mezahir İsgender
www.kafiye.net